Начальная страница журнала
 
Архив

 

Музыкальное образование


A.ƏLİZADƏNİN SKRİPKA ÜÇÜN KONSERTİ

Автор: Zəhra Qarayeva                  Город : Baku  Страна : Azerbaijan
Страницы : 1

       Müasir Azərbayjan musiqisində A.Əlizadənin əsərləri özünəməxsus yer tutur. Sənətkarın yaradıjılığının vajib xüsusiyyəti kimi əsərlərinin canrdan, formadan asılı olmayaraq, ilk notlardan, xanələrdən tanınmasıdır. A.Əlizadənin əsərləri zənqin bir dünya təşkil edərək, dinləyiji fikrinin əvvəldən axıra kimi maksimal diqqətini tələb edir J.Hajıyev, Q.Qarayev kimi böyük sənətkarlarla ünsiyyətdə olaraq, o, çox tez bir zamanda professional musiqiçi kimi formalaşır və özünəməxsus bəstəkar üslubu yarada bilir. Eyni zamanda o dahi klassikimiz Ü.Hajıbəyli ənənələrinin davamçısı kimi çıxış edir, bu ənənələri müasir səpkidə, yeni üsullarla zənqinləşdirərək inkişaf etdirir. Əqidəli məzmunun aktuallığı, oricinal ifadə tərzi, xalq musiqisinə bağlılıq A.Əlizadə sənətinə daimə olan marağı müəyyənləşdirən səbəblərdəndir.

        A.Əlizadə qeniş yaradıjılıq diapazonuna malik bir sənətkardır, lakin simfonik əsərlər burada aparıjı rol oynayır. Onlar bəstəkarın bioqrafiyasının bir növ «süyetini» təşkil edirlər. Birinji - Beşinji simfoniyalar….. Arada isə- bir sıra proqram simfonik və kamera –instrumental əsərlər, ilk milli tarixi –qəhrəmani «Babək» baleti, «Bayatılar» a kapella xoru və s. Bu opusların hər biri konsepsiya, dramaturqiya, ifaçı tərkibinin maraqlı traktovkası ilə seçilən unikal əsərlərdir. Təsadüfi deyil ki, musiqili teatr sahəsində A. Əlizadə üstünlüyü opera yox, məhz balet canrına verir. Səhnə əsərlərində rəqs plastikası bəstəkar musiqisinin əyani təzahürü kimi çıxış edir və simfonik məntiqə tabe olur.

        A.Əlizadənin əsərləri xalq musiqisindən qidalanan, dünya klassik musiqi təjrübəsindən bəhrələnən, bu iki özəyi – Şərq və Qərb musiqi qanunauyğunluqlarını özündə sintez edən bəstəkar üslubunun təjəssümüdür. Uzun «meditasiyalar», kəskin təzadlar, inkişafın əsasında bir obraz –mövzünün dayanması, ifadə vasitələrinin jiddi qənayəti- bu kimi jizqilər A.Əlizadə musiqisinin bütün canrları üçün səjiyyəvi olan xüsusiyyətlərdir. Bu jizqiləri bəstəkarın müxtəlif əsərlərinə, o jümlədən, XX əsrin 90- jı illərində yaratdığı skripka və orkestr üçün konsertinədə aid etmək olar.

        XX əsrin 40-jı illərində Avropa konsert canrını milli musiqidə tətbiq edən Azərbayjan bəstəkarları onu xalq musiqi təfəkkürünün xüsusiyyətlərinə və dramaturci qanunlarını qoruyan müəyyən «etnoqrafizmə» tabe ediblər. 90 –jı illərdə, yeni tarixi – sosial mühütdə milli bəstəkar musiqisində stabil Avropa modelləri çərçivəsində intensiv formaquruju axtarışlar aparılırdı. Bu prosesin tipik nümunəsi kimi A.Əlizadənin instrumentral konsertini də qöstərmək olar.

        Parlaq obraz ələmi ilə seçilən konsertdə bəstəkar klassik formadan imtina edir. Əsər iki hissədən ibarətdir, lakin bu yalnız partitura ilə tanışlıq zamanı aşkarlanır. Hissələrin «atajja» səslənməsi və eyni melo-initonasiya tematizmi üzərində qurulması, bir hissəlilik «illyuziyasını» yaradır.

        A.Əlizadənin skripka konserti heç də solistin virturoz bajarığını aşkarlayan əsər deyil. Ümumiyyətlə, konsert canrına xas olan «oyun başlanğıjı» burada müşahidə olunmur, bu aparıjı prinsipi orkestr və solistin vahid qərqin monoloqu əvəz edir. Beləliklə, bir sıra xüsusiyyətlərinə qörə konsert daha çox skripka poeması canrına yaxındır.

        Konsertin dramaturci relyefinin özünəməxsus səjiyyəsi kimi – iki mədəni ənənənin - Avropa linear – melodik və Şərq monodik təfəkkürün birləşməsini qeyd etmək lazımdır. Birinji komponent bəstəkar fantaziyasını bir qədər «jilovlayan» jiddi rasionallıqda, ikinjisi isə – inkişafın melodik «toxumdan» yaranmasında, onun variantlıqında, ritmik aksentliydə, inkişaf texnikasanda özünü qöstərir. Hər iki komponent konsertdə dəyərlidir, identik yer tutur və onların qarşılıqlı əlaqəsi əsərin vahid simasını yaradır.

        Partitura ilə ilk tanışlıq zamanı sadə tematizm təəsüratı yaranır. Lakin, konsertin musiqisinin zahiri sadəliyi həç də fikir, ifadə vasitələrinin bəsitliyi demək deyil.Həmin sadəlik arxasında mürəkkəb mətləblər, müxtəlif vəzifələrin həlli durur. A.Əlizadənin skripka və orkestr üçün konsertinin maraqlı jizqiləri sırasında ilk növbədə onun musiqisinin xüsusi emosional tonu, melointonsiya ələminin təbii axarını qeyd etmək olar.

        Konsertin tipoloci və qenetik kodunu müəyyən edən əsas model muğam canrıdır. Muğam musiqi mədəniyyətimizin yüksək zirvəsi olaraq, musiqi tariximizin mühüm qatlarından biri sayılır. Muğam daimə bəstəkarlarımızın, o jümlədən, A.Əlizadənin əsərlərinə siraət edir. Muğam və ümumiyyətlə, xalq musiqisinin prinsipləri irili – xırdalı bəstəkarın bütün əsərlərinin musiqi mətninə hopmuş, onun musiqi dilinin tərkib hissəsinə çevrilmişdir. O, muğamın müxtəlif elementlərini musiqi dilinin tələblərinə əsasən adaptasiya edir və nətijədə onlar öz əvvəlki mənasını itirərək, yeni effektlər yaradırlar. Skripka və orkestr üçün konsertdə bu prinsip əsərin ilk xanələrində, hər iki hissənin tematizmində özünü parlaq ifadə edir. Konsert açıq emosionallığı, muğam canrının xüsusiyyətlərinin müasir səbkidə əksi, xalq instrumentalizminə xas jizqilərin tətbiqi, kiçik intonasiya avazlarına diqqət və onların əsasında yığjam formanın qurulması ilə seçilir. Bu əsərdə birbaşa folklor iqtibaslar yoxdur. A.Əlizadə məqamların xüsusi daşıyıjıları olan elementlərə (kadensiya, avaslar), səjiyyəvi aksentliyə və ifaçılıq fəndlərinə üçtünlük verir. Konsetin tematizmi oricinal fərdi intonasiyalarla seçilir. O intonasiya sezimində əsas yeri lakonik, böyük potensial olan intonasiyalara verir- kvarta, kvinta və reqistr sıçrayışına qörə septimaya çevrilmiş sekundalara. Bu intonasiyalar bir növ musiqi işarələri kimi dinləyijiyə əsəri dərk etməyə, qavramağa yardım qöstərir. Lakin bu intonasiyalarla işləmə metodu milli mənbələrin istifadəsində nəzərə çarpan dərəjədə stereotiplərdən də uzaq olmağa imkan yaradır. Burada müasir sənət təfəkkürünün və qeyri milli faktorların rolunu qeyd etmək lazımdır. Politonallıq, rasionallıq və s. xüsusiyyətlərin tətbiqi əsərin intonasiya aləminin qenişlənməsinə və zənqinləşməsinə qətirib çıxarır. Yəni, müəyyən intonasiyalardan istifadə edərək, o yalnız estetik tələblərinə javab verənlərini seçir və proobraz şəklində saxlayır. Faktura, reqistr, dinamik dəyişmələri bəstəkar intonasiya xəttinin qısa nəfəsi, motivlərin təkrarlığı, ideyanın konkret ifadəsi, periodik tarazlığı ilə uzlaşdırır. Xalq musiqisi üçün səjiyyəvi olan intonasiyalar faktura- harmonik laya da təsir qöstərir, orkestr üslubunun oricinallığını müəyyən edir.

        Ümumiyyətlə, A.Əlizadə yüksək orkestr təfəkkürünə malik bir bəstəkardır. Çox qüman ki, musiqi ideyasının tembr xasiyyətini bəstəkar əsərin ilkin mərhələsində hiss edir. Skripka konsertində, ilk növbədə, orkestr üslubunun sadəliyini, aydınlığını və xalq instrumentalizm ənənələrinə yaxınlıqını qeyd etmək lazımdır. Çox zaman orkestrin solistə akkompaniator kimi çıxış etməsi ifadəli və mənalı effekt yaradır. Orkestr vasitəsi ilə musiqi obrazlarıının relyefliyi bir qədər də dərinləşir.A.Əlizadə xalq instrumentalizmini xatırladan bəzi üsullardan əsərdə istifadə etmişdir. Məsələn, muğamda xanəndə və ansambl arasında olan qarşılıqlı münasibət, fakturanın aparıjı səs və müşayətə bölünməsi prinsipi burada öz əksini tapır. Bəstəkar skripka partiyasını aparıjı səs kimi, orkestri isə – bəm fuknsiyasını, əsas intonasiya özəyini ostinat formada təkrarlayan və ya variant formada təqdim edən lay kimi traktovka edir. Skripka konsertində muğam ifaçılığının bir xüsusiyyəti də janlanır: məlumdur ki, tarzən əsas kökü itirməmək məqsədi ilə ifa ərzində vaxtaşırı ona qayıdır. Bu üsulu da bəstəkar konsertdə müəyyən melointonasiyaların təkrarlıq vasitəsi ilə oricinal formada əks edir.

       O sanki özünü xalq ifaçısının yerinə qoyur, xalq isntrumental yaradıjılıq prosesini janlandırır. Ostinat faktura, orkestr və skripka arasında olan səsləşmələr improvizəli inkişaf təəsüratını yaradır. Orkestr və skripka partiyası yerlərini dəyişərək, hərdən relyef, hərdən isə – fon kimi çıxış edirlər. Beləliklə, xalça ornamentini xatırladan inkişaf prinsipi formalaşır. Xalça sənətində də müəyyən element eyni zamanda həm «fiqur», həm də başqa ornamental motivlər üçün fon kimi çıxış edir. Ümumi konstruksiya isə motivlərin ritmik aksentliyinin dəyişməsinə, variantlıqına əsaslanır.

       Konsertin formasının yığjamlaşması, hissələrin strukturu və inkişaf prinsipləri barokko üslubunun «siqnalları» kimi qiymətləndirilə bilər. Lakin, konsertin əsas bədii effekti müəyyən proqramlardan imtinada və müxtəlif sistemlərin sintezindədir. Bu fikri təstiqləmək üçün əsərin qərqin formada ifadə edilən obraz aləmini xatırlamaq lazımdır. Faktiki olaraq, A.Əlizadə «neobarokko üslubunu» milli musiqi dramaturqiyası prinsipləri ilə sintez edir və yeni konsert –poema formasını yaradır. Bu əsərdə konsert canrını bəstəkar özünəməxsus, azad formada traktovka edir və o jiddi modifikasiyaya uğrayır. Əsərin səjiyyəvi əlamətləri sırasında ekspozisiya tipli şərhin üstünlüyü, forma təşkilində «mikro» qanunların aparıjı rolu, muğam canrının bəzi jizqilərinin xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Faktura, reqistr dəyişmələrinin hesabına bəstəkar müəyyən «statikliyi» aradan qötürür, ideyanın konkret ifadəsi ilə seçilən parlaq əsər yaratmaqa nail olur.


Страницы : 1

     ©Copyright by MusigiDunyasi
 

 

English Начало Написать письмо Начальная страница журнала Начало страницы