|
Èñòîðèÿ ìóçûêè
Violonçel incəsənətinin yaranma tarixi və XVII-XVIII əsrlərdə İtaliya violonçel sənətinin inkişaf mərhələsi
Àâòîð: Tahirə MUSTAFAYEVA Ãîðîä
: Baku Ñòðàíà : Azerbaijan
Ñòðàíèöû
:
1
::
2
- Violonçel (italyan dilində violonçello, violoni-kontrabas sözünün qısası) kvintalar (C, G, d, a) üzrə köklənən, bas-tenor registrlərinə, skripka ailəsinə mənsub olan, yayla çalınan, diapazonu beş oktavaya çatan simli alətdir.
Musiqi alətlərinin cəmiyyətdə şəraiti və bu mədəniyyətin inkişafı bütövlükdə bir-biri ilə uzlaşaraq vəhdət təşkil edir.
XV əsrin sonu-XVI əsrin əvvəllərində skripka ailəsinə mənsub olan (yəni skripka, viola, violonçel, kontrabas) violonçel yayla çalınan xalq alətlərinin inkişafı nəticəsində yaranıb. Xalq musiqisinin təcrübəsində bu alətdən ilk əvvəl müşayiətçi qismində müxtəlif ansambllarda və mahnıların oxunuşu zamanı geniş istifadə edilirdi.
Məlumdur ki, orta əsrdə fibel və rebek adları ilə tanınan alətlər skripka ailəsinin yaranmasına zəmin yaratmışdır.
Milli ifaçılıq sənətinin tanınmış simalarından biri, Sabir Əliyev məktəbinin layiqli davamçısı, professor Abbaszadə N. belə bir fikir irəli sürür: “Təxminən IX əsrdən başlayaraq XVI əsrin ortalarına qədər mövcud olan fidel müxtəlif formalara malik olmuş, simlərinin sayına görə fərqlənmişdir. Fidelin klassik növünün qitaraya bənzər gövdəsi, onun üzərində mötərizə formasında olan iki rezonans yarığı, ladsız qrifi, kvarta və kvintalarla köklənmiş beş simi var idi. Adətən fideli horizontal vəziyyətdə çalırdılar.
XIV əsrdə fidelin inkişafında iki istiqamət özünü göstərir, bu da XV əsrdə viola və yaylı liralar ailəsinin yaranmasına gətirib çıxarır. Sonuncu ailənin nümayəndəsi olan lira da braccio bilavasitə skripkanın sələfi oldu.
Liradan skripkaya keçid yolu xalqın içində, demokratik mühitdə yaranmış və inkişaf etmişdir. Əgər violanın sələfi olan fidel saraylarda dinləyiciləri valeh edirdisə, skripkanın sələfi olan lira isə xalq şənlikləri və əyləncələrində səslənirdi.
Yaylı liralar ailəsinə lira da braccio (soprano aləti), lirone da braccio (alt aləti), lira da qamba (tenor) və lirone perfetto (bas) daxil idi. Fidelin skripkaya keçid prosesinin inkişafına əsasən əldə tutulan da braccio liralar, yəni lira da braccio və ona yaxın olan lirone da braccio təsir göstərir.
Yüz ilə yaxın mövcud olan rebek-fidelin də skripkanın formalaşmasında az əhəmiyyəti olmamışdır. Rebekdən kəsişən yarmalı ilbizəbənzər simsaxlayan götürmüş bu alət, fideldən isə skripkaya xas olan qrif, boyuna tərəf istiqamətlənmiş dairəvi, daha sıxlaşmış gövdə götürmüşdür.
Viola ailəsinin formalaşmasında fidellə yanaşı ud (lyutna) da böyük rol oynamışdır. Violanın kvarta-tersiya kökü qrifinin ladla qurulmasını lyutnaınn təsiri ilə əlaqələndirmək olar.
Viola ailəsi, XV əsrdən XVIII əsrin ikinci yarısına qədər mövcud olmuş, uzun sürən çəkişmə və müqavimətlərdən sonra yerini skripka ailəsinin nümayəndələrinə verməyə məcbur olmuşdur”. 1
Bu proses İtaliyada daha geniş vüsət almışdır. Skripka və violonçel xalq musiqiçilərinin şənliklərdə, əyləncələrdəki mərasimlərdə və eləcə də akademik musiqi dairələrində görmək olardı. XVI əsrdə lira da qamba və lirone perfettonu operalarda reçtativlərin ifası zamanı çox səsli akkordlarda müşayiət üçün istifadə edilirdi.
Yaylı alətlərin sürətli inkişaf prosesi intibah dövrünə təsadüf edilir. Bildiyimiz kimi intibah-dirçəliş, oyanış deməkdir. İncəsənətin bütün sahələrində olduğu kimi musiqi sahəsində də böyük oyanış baş vermişdir.
Məlumdur ki, bu dövr avropa mədəniyyəti tarixində orta əsr və yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq XIV əsrin əvvəlləri-XVI əsrin sonlarına təsadüf edir. Antik ənənələr yenidən canlanmış və misilsiz bir vüsətlə inkişaf etmişdir. Əsas məqsəd incənətin proqressiv ideyalarına, insanpərvərliyin yayılmasına, hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməklə, yeni humanist, əxlaqı, şəxsiyyətin dünyəvi səadətini yüksək tutmaq ideyasına xidmət edirdi. Həm mənəvi, həm də cismani nöqteyi-nəzərdən əməlləri ilə cəmiyyəti irəli aparan insan ideyalı tərənnüm edilərək onun qüdrəti, qüvvəsi və gözəlliyi, renessans incəsənətinin əsas məzmununu təşkil edirdi.
Bu dövrün fərqləndirici xüsusiyyəti mədəniyyətin kübar xarakter alması və şəxsiyyətin ön plana çıxarılmasıdır. Bu zaman antik mədəniyyətə maraq yaranır, sanki onun “dirçəlişi və oyanışı” baş verirdi.
İntibah-yenidən dirçələn klassik dəyərlərin elmə, incəsənətə, cəmiyyətə və insanların orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir prosesdir.
Bəllidir ki, renessans və ya intibah mədəniyyətinin beşiyi və ilk vətəni İtaliya olmuşdur.
Erkən inkişaf dövrü protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Bu zamanın sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün ənənələrini canlandırmağa meyl göstərirdilər.
Beləliklə, Florensiya, Milan, Roma, Venessiya və İtaliyanın başqa şəhərləri renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevrilmişdir. XIII-XIV əsrlərdə oyanışın ilk əlamətləri nəzərə çarpsa da, ancaq XV əsrin iyirminci illərində tam bərqərar olmuş və əsrin axırlarında özünün ən yüksək çiçəklənmə mərhələsinə çatmışdı.
XVI əsrdə ideyaların böhranı yetişir ki, bunun da nəticəsi kimi maryenizm və borokko meydana gəlir. Renessans təxminən üç əsrlik dövrü (XIII əsrin ortalarından- XVI əsrin ortalarınadək) əhatə edir.
Məlumdur ki, İtaliya incəsənətinin müxtəlif əsrlərinin müvafiq rəqəmlərdən düzəldilmiş adları var: məsələn,
Duçento-1200-ci illər (italyanca iki yüz)
Beynəlxalq qotka-1300-cü illər (italyanca üç yüz)
Protorenessans-1400-cü illər (italyanca dörd yüz). Erkən, yüksək intibah.
Çinkveçenço-1500-cü illər (italyanca beş yüz). Yüksək intibahın sonu, geç (son) intibah.
Britaniya ensklopediyasında yazılıb ki, “intibah, bütöv tarixi dövr kimi 1527-ci ildə Romanın süqutundan sonra bitdi”. Dünya görünüşündəki ziddiyyət və böhranın ümumiyyətlə hiss olunması Florensiyada manyerizmə-qırıq xəttlərin və qondarma rənglərin “əsəbi” incəsənətinə gətirib çıxardı.
XVI əsrin ortalarından başlayaraq İtaliyada intibah mədəniyyəti süquta uğrasa da, lakin onun təsiri avropanın başqa ölkələrinə keçir və inkişaf edir. 1590-cı illərdə isə maryenizmi barokko əvəz etmişdi.
Renessans dövründə incəsənət tarixinin inkişaf mərhələsi bilavasitə maarifçiliklə bağlı idi. Demokratik tendensiyaların tədricən artması, kübar cəmiyyətinə mənsub olan xüsusiyyətlərin təsiri və xalq musiqi mədəniyyətinin formalaşması bir-biri ilə sıx təmasda olaraq bu proesesin tərəqqisinə təkan verdi. Eyni zamanda bəstəkarlıq, ifaçılıq, parlaq improvizasiyalar və pedaqoji fəaliyyət birlikdə böyük əhəmiyyət kəsb edərək sənətdə oyanmaya, dirçəlişə səbəb olmuşdu.
Xalq musiqi mədəniyyəti ilə sıx təmasda olan skripka ailəsinin yaranma tarixi XVI əsrə təsadüf edir.
XVI-XVII əsrlərin rəsm əsərlərinə nəzər salsaq görərik ki, xalq şənlikləri və gəzintiləri çəkilən şəkil və tablolarda skripka, violonçel, kübar salonları əks etdirilən rəsmlərdə isə viola və qamba həzin, mülayim, səs tembrinə malik olduğu üçün, böyük musiqi məclislərin təlabatına uğramadığına görə akademik musiqi dairələrində ifaları təsvir edilmişdir.
XVII əsrin ikinci yarısında artıq violalardan az istifadə edilsə də, İtaliyada skripka-violonçel ifaçılıq mədəniyyətinin yüksək inkişaf yolu get-gedə formalaşırdı. Lakin Fransada kübar cəmiyyətə üstünlük verildiyi üçün violadan daha çox istifadə edirdilər.
Violonçel aləti XVII əsrin ikinci yarısına qədər violoncino adını daşıyıb, Basso di Viola da braççio (İtaliyada), Basse de Violon (Fransada), Ba viol de Braccio (Almaniyada) adlanaraq müxtəlif ölçülərdə hazırlanırdı və adətən B1, F, c, g quruluşuna malik idi. XVI-XVII əsrlərdə beş və ya altı simli bu növlü alətlərə də rast gəlmək olurdu. Hazırki quruluş barəsində ən erkən məlumatlar M.Pretorius tərəfindən verilib.
Bu zamanlarda məişətdə violonçel aləti bas, basolya, ukrayna xalq musiqisində basetia, basica, polşada-polbas adlanırdı.
M.Pretoriusun (1618) əsərlərində violonçel “Bass-Geig de braccio” adlanardı. Əlbəttə ki, bu alətdə şübhəsiz skripka ailəsinə bas alət kimi daxil edilmiş, müasir alətdən böyük formatına və beş siminə görə fərqlənirdi.
1665-ci ildə Venesiyada buraxılmış C.Ç.Arrestinin sonatalar toplusunda ikinci-üçüncü səslər violonçel partiyası üçün əlavə edilərək işlənmiş və bu alətin adı ilk dəfə yazılmışdır.
Əməkdar İncəsənət xadimi, professor N.Abbaszadənin fikrincə, “alətin adına baxmayaraq burada əldə tutmaq “da braccio” barədə heç bir söhbət gedə bilməz. Çünki əvvəllər “da braccio” və “da qamba” alətin necə tutulmasını izah edirdisə (braccio-əl, qamba-ayaq), sonralar isə bu şərtlər onların ilk nümayəndələrini göstərməklə, alətin tipini təyin etmək məqsədilə deyilirdi. Belə ki, skripka ailəsinin ilk aləti-alt (viola da braccio) öz adını, bas skripkaçı-violonçelə də vermişdir.
Qambadan fərqli olaraq, violonçel ladsız qrifə, güclü və ifadəli səsə, zəngin ifaçılıq imkanlarına malik idi. Yeni alət ifasının qarşısında keyfiyyətcə daha yüksək tələblər qoymaqla yanaşı, onun üçün bədii fikri daha sərbəst ifadə etməyə geniş imkanlar açırdı. Keçid dövründə güzəştli alət kimi qamba, violonçeldən də istifadə edirdi. Violonçel tədricən formalaşaraq XVII əsrin sonu XVIII əsrin əvvəllərində nəhayət özünün müasir ölçüsündə dəqiqləşdirilir.
XVIII əsrin ikinci yarısında kiçik ölçülü pikkolo violonçeldən də istifadə edilirdi. Onun beş simi var idi. (C, G, d, a, c1). Bu dövrdə violonçel texnikasının zəif inkişafı, ələlxüsus pozisiya yerdəyişməsi və baş barmağın tətbiqi, belə alətin mövcudluğunu izah edir. Beş simli alətin getdikcə aradan çıxmasına XVIII əsrin ortalarından başlayaraq violonçel çalanların texnikasının inkişafı səbəb olmuşdur.
Bu günə kimi saxlanılmış nümunələri XVI əsrin ikinci yarısında yaşamış Breşan ustaları Qaspar de Salo və Macini, Kremonlu Amatinin fəaliyyəti vaxtlarına aid edilir.
XVII-XVIII əsrlərdə Kremona məktəbi (Amati, Qvarneri, Stradivari) violonçelin və onun ayrı-ayrı hissələrinin proporsiallığının dəqiqləşdirilməsində, uyğun lakin seçilməsində və s. böyük əhəmiyyətli rol oynamışdır.
Məşhur usta A.Stradivari violonçelin müasir ölçüsünü dəqiqləşdirdikdən sonra, XVIII əsrin sonundan başlayaraq onun quruluşunda bir sıra dəyişikliklər edilir. Violonçelin melodik diapazonunun genişlənməsi ilə əlaqədar alətin boynu dəyişilir və qrifi uzadılır. Dinamikanın artması isə sim xərəyinin daha yüksək və qabarıq olmasını tələb edirdi.
Violonçel texnikasının inkişafı və orkestrlərdə violonçelin rolunun artması ilə əlaqədar alətə dayaq kimi milin tətbiqi zəruri olur. 1862-ci ildə məşhur alman violonçel ifaçısı Qolterman mildən ilk dəfə istifadə edir. Rusiyada bu üsulun tərəfdarı rus violonçel məktəbinin şöhrəti olan K.Y.Davıdov olmuşdur”. 2
Onu da qeyd edək ki, XVII-XVIII əsrlərdə violonçelin klassik nümunələri italyan ustaları ilə yanaşı K.Berqontsi, D.Montonyana və başqaları tərəfindən yaradılıb. Yalnız XVIII əvvəllərində müasir violonçeldə olan ölçü təsdiq edilir. (Gövdə 750-768mm, menzura, simin titrəyən hissəsi 690-705mm). Violonçelin hazırlanmasında rus ustası İ.A.Batov (1767-1841) və müasir ustalar Y.A.Vitaçek, T.F.Podqornı, Q.N.Morozov, N.M.Frolov, Y.İ.Kosolapov, L.A.Qorşkov, həmçinin fransız J.B.Vilyom, M.Laber, alman, çex və polşa ustalarının düzəltdikləri violonçellər də böyük nailiyyətlər əldə edərək məşhurlaşmışdır.
XVIII əsrin 80-cı illərində fransız ustası F.Turt (1747-1835) yayın çubuğunun əyilmiş formadan düzəlməsinə və hərəkət edən dəstənin olmasına gətirib çıxarır ki, bu da alətin inkişaf edərək təkmilləşməsinə zəmin yaradır. Eyni zamanda o, qırmızı səndəl ağacından yayın içəri əyilmiş çubuğunu yüngül, xəfif, atlanan ştrixlərin inkişafı üçün təkanverici rol oynayaraq düzəltmiş, vinti təkmilləşdirərək, tükün dəstəyə keçdiyi yerin üstünə sədəf əlavə etmiş, eyni zamanda yayın ağırlığını və uzunluğunu müəyyən etmişdir. Yayın sonrakı inkişaf yolunda da Turtun reformasının rolu çox əhəmiyyətlidir.
XIX əsrin sonuna qədər ifaçı violonçeli ayaqları ilə saxlayırdı. Yalnız əvvəldə qeyd etdiyimiz dövrdən musiqiçi mili yerə söykəyərək çalmağa başlayır. Müasir violonçel alətlərində fransız violonçel ifaçısı P.Tortelye tərəfindən icad edilən əyilmiş mildən geniş istifadə edilirdi. O, violonçelə maililik verərək, ifa texnikasının asanlaşmasına nail olur ki, bu da alətin daha da gözəl səslənməsinə zəmin yaradır.
Violonçel sənətinin tərəqqisi, Viola da qambanın yerinin tamamilə tutmasının səbəbi alətin dolğun, ifadəli və texniki imkanları, daha güclü, parlaq, vibrasiya ilə dəstəklənən və insan səsinə yaxın olan tembr xüsusiyyətləri, eyni zamanda melodik ifadə vasitələrinin rəng çalarlarından daha da səmərəli istifadə edərək yeni instrumental ifaçılıq üslubunun tələblərinə cavab verməsi ilə əlaqələnirdi. Getdikcə violonçel solo, ansambl və orkestr aləti kimi geniş vüsət alırdı. Çoxsaylı simfonik, opera və balet partituralarında solo alət kimi də ifa edilirdi.
“Violonçel alətinin yüksəlişi XVII əsrə təsadüf edir. Texnikanın inkişafı, orkestr və ansambllarda sərbəstliyə nail olması, solo ifaçılığın, pedaqoji fəaliyyətin və ədəbiyyatın tədricən yaranması bu dövrün musiqi üslubunun ümumi xarakterik cəhətlərindəndir. Violonçel incəsənəti skripka aləti ilə müqayisədə bir qədər gec yaranmışdır. XVII əsrin sonu XVIII əsrin əvvəlləri müxtəlif ölkələrdə milli əsaslar nəticəsində yay incəsənətinin inkişafının əsas mərhələsi hesab olunur.
XVII sonu XVIII əvvəlləri violonçel orkestrdə və kamera musiqisində skripka mədəniyyətinın təsiri altında stimullaşırdı. Sıfralanmış bas və onun improvizə xarakteri tədricən inkişaf edərək orkestr və ansambllarda sərbəst violonçel partiyalarının yaranmasına gətirib çıxarır. (C.Torelli, A.Korelli)
A.Korellinin “Concerto qrosso” janrı və violonçel qrupunun konsert aləti kimi istifadə edilməsi, solo violonçel ifaçılığı və xalq mahnı incəsənəti ədəbiyyatı, müşayiət etmək təcrübəsi, opera və klavir sənəti, eyni zamanda orkestr, ansambl, skripka və qamba incəsənəti bu prosesin inkişafına təkan verdi”. 3
İtalyan bəstəkarı Arkancello Korelli (1653-1713) “Concerto qrosso” janrını təkmilləşdirərək violonçeldən konsert aləti kimi yararlanmış, tenor registrdən, alətin solo partiyasında simdən-simə mürəkkəb keçidlərdən, onaltılıqlarla verilmiş zəngin fiqurasiyalardan, passajlardan və bədii ifadə vasitələrindən məharətlə istifadə etmişdir. Bu proses mühüm əhəmiyyət kəsb edərək janrı kamil zirvəyə çatdırır və solo violonçel konsertlərinə keçid mərhələsi kimi qiymətləndirilir.
Korelli violonçeli concerto qrosso, sonatalarında, trio və kamera əsərlərində aparıcı alət kimi təqdim edir. Ümumiyyətlə, musiqiçi yaşadığı əsrin ifaçılıq incəsənətinin inkişaf mərhələsini yaradıcılığında cəmləşdirmiş, yeni yüksək səviyyəyə qaldıraraq klassik ifadəlik, plastiklik, alicənablıq, mərdlik və fədakarlıq təzahür etmişdir. Onun əsərləri təkcə İtaliyada deyil, bütün avropada da ifa edilirdi. Müəllifin ifaçılıq üslubunu İngiltərədə Ceminiani, Hollandiyada Lokatelli, Fransada Masçini və Senaye populyarlaşdıraraq təbliğ etmişdir. Korelli sənətini dahi musiqiçilər Fransua Kuperen və İ.S.Bax yüksək qiymətləndirmişdir. Müəllif səkkiz konsertin dördündə sıfralanmış bası orqanla, digərlərini isə Çembalo ilə əvəz edir.
Bununla yanaşı bəstəkar digər həmkarları ilə birgə (Torelli, Vivaldi, Albinoni və b.) artıq “concerto qrosso”lara müşayiətçi qismində nəfəs alətlərini də əlavə edirdi. Bəstəkar bu səpkidə yazdığı əsərlərdə alətin mahiyyətini və səlahiyyətini artıraraq ona böyük əhəmiyyət vermiş, solo violonçel konsert janrın yaranmasına zəmin yaratmışdır.
Cüzeppi Torelli (təqribən 1660-1708) Yakkini, Laurenti, Mişeletti, Aldrovandini, Manfredini, kamera sonatalarında (skripka, violonçel və bas) violonçel partiyasını skripka partiyası ilə bərabərhüquqlu yazmışdır. Hətta əsərin adında belə bu məqam qeyd olunur. Məsələn, “sonata per violino solo, violonçello obligato e cembalo”, “suonate a 3, 2 V-e violonçello obligato, op.1”. Sonatalarda imitasiya prinsiplərindən geniş istifadə edilib. Daima skripka və violonçelin dialoqları ilə dayanmadan “basso continue”nin fonunda səslənir. Əsərin violonçel partiyasında applikaturaya, əsas obrazlara, ştrixlərin mürəkkəbliyinə və epizodlarla ikili notlara rast gəlirik.
Torelli violonçeli əsasən konsertlərdə solo alət kimi ifa olunması prinsipini bu əsərlərdə təsdiqləmişdir: “Sonate a tre stromenti” (violin1, violin2, violoncello), “con il Basso continue” (1686), “Concertino per kamera a violino e Violoncello op.4”.
Torelli Qabrieli və Yakkini ilə sıx yaradıcılıq təmasında olub, 1685-1696-cı illərdə Baloniyada müqəddəs Petronio kapellasında çalışmışdılar. 1. Abbaszadə N. Violonçel sənəti tarixi (XVII-XIX) Bakı 2003, s.3-4.
2. Abbaszadə N. Violonçel sənəti tarixi (XVII-XIX) Bakı 2003, s.6-7.
3. Ãèíçáóðã Ë.Ñ. Èñòîðèÿ ñìû÷êîâîãî èñïîëíèòåëüñêîãî èñêóññòâà Ìîñêâà 1980 ñ.9
Ñòðàíèöû
:
1
::
2
|