Начальная страница журнала
 
Архив

 

История музыки


Violonçel incəsənətinin yaranma tarixi və XVII-XVIII əsrlərdə İtaliya violonçel sənətinin inkişaf mərhələsi

Автор: Tahirə MUSTAFAYEVA                  Город : Baku  Страна : Azerbaijan
Страницы : 1   :: 2



       Onu da qeyd etmək lazımdır ki, Torelli, Vitali, Bassani, Korelli, Albinoni və Vivaldi birgə XVII əsr ifaçılıq sənətinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Concerto qrosso, solo alətlər üçün konsertlər və onların mükəmməl üç hissəli formada yazılışı və traktovkası dediklərimizə bariz nümunədir. Torelli eyni zamanda solo skripka konsertlərinin banisidir. Albinoni və Yakkini bu bəstəkarın yaradıcılıq yolunu inkişaf etdirərək instrumental konsert janrının tərəqqisində əhəmiyyətli rol oynamışlar.

        -Baloniya məktəbi bəstəkarlarla yanaşı bir sıra solistlər də yetişdirib ki, onların ən parlaq nümunəsindən biri də Dominiko Qabrielidir (1654). Qabrielinin sonatalarında müxtəlif registrlərdən məharətlə istifadə etmə bacarığı, bu alətdə kontilen musiqiyə müraciət, tembr rəngarəngliyi və yaradıcılığına xas olan bir çox xüsusiyyətlər inkişaf edərək XVIII əsr sonata üslubunun formalaşmasına səbəb olmuş və indiki dövrdə də solo əsərləri bu günə kimi öz labüdlüyünü qoruyub saxlamışdır.

        -XVII əsrin sonu XVIII əsrin əvvəli Qabrieli ilə yanaşı Boloniya məktəbinin davamçıları-görkəmli musiqiçilər Yakkini, Banonçini və Ariosti də fəaliyyətləri ilə violonçel incəsənəti tarixində layiqli yerlərdən birini tuturlar.

        -Attilio Ariosti 1666-cı ildə Baloniyada anadan olub və 1947-ci ildə bu şəhərdə vəfat edib. Onun geniş şaxəli yaradıcılıq diapazonu İtaliya ilə yanaşı Berlində, Vyanada və Londonda məşhurlaşmışdır. Bəstəkar operaların müəllifi olsa da, bir neçə yaylı aləti virtuoz səviyyədə çalmaq baracığına malik idi.

        -Məlumdur ki, Ariosti Londonda olduğu zaman opera yaradıcılığı sahəsində Hendelə rəqib hesab edilirdi. Onun məşhur instrumental əsərləri “Sei lezioni per la viola d`amore” 1685-ci ildə Londonda, “Divertimenti da camera a violino e violonçello” isə 1728-ci ildə Boloniyada nəşr edilib.

        -Ariosti skripkanın sələfi olan viol d`amor alətində məharətlə ifa etmək bacarığına qadir idi. Onun bu alət üçün yazdığı sonatalar XX əsrin əvvəllərində nəşr edilmiş, indi də texniki və bədii əhəmiyyətini qoruyub saxlamışdır.

        -Onu da qeyd etməliyik ki, C.Yakkinninin (1701) “Concerti per camera” və Leonun altı solo konserti (1737-1738) bu janrda violonçel alətinin istifadə edilməsinin ilkin nümunələrindəndir.

        -Neopolitan məktəbinin əsasını qoyan, altı violonçel konserti ilə məşhurlaşan və əsərləri ilk nümunələrə aid edilən Leonardo Leo (1694-1746) italyan violonçel məktəbinin görkəmli simalarından biridir.

        - “Leonun konsertlərində fraza bitkinliyi və dinamika çox dəqiqliklə göstərilmişdir. O dövrə xas olan dinamik işarələrin istifadəsi ilə məhdudlaşmayan Leo, müasirlərini qabaqlayaraq, aralıq nüanslardan geniş istifadə edirdi. Qeyd etmək lazımdır ki, bu konsertlər üçün xüsusi yazılmış kadensiyalar olmasa da, verilən fermatolar ifaçıya özünəməxsus improvizə kadensiyaları çalmağa imkan yaradırdı. Violonçel sənəti tarixində Leonun əsas xidməti onun kantilenadan və bədii ifadə vasitəsi kimi dinamikadan geniş istifadə etməsi idi. Tez hissələrdə çoxlu passaj, arpedcio, ikili notların olması, həmçinin maraqlı ştrixlərlə texnikası ilə (simdən simə atlanma, stakkato) rastlaşmağımıza baxmayaraq, konsertlər texniki cəhətdən mürəkkəb deyildi.

        -Cüzeppe Yakkini XVII əsrin sonu- XVIII əsrin əvvəllərində yaşayıb yaratmış böyük violonçel ustadı olub, ilk violonçel konsertinin müəllifidir. İxtisas müəllimi Qabrieli olmuşdur. Bəstəkarlıq üzrə Baloniyanın tanınmış bəstəkarı müqəddəs Petronio kapellasının rəhbəri Pertidən dərs almışdır. Yakkininin instrumental üslubunun formalaşmasında Torellinin rolu əvəz olunmazdır. O, görkəmli ifaçı olmaqla yanaşı, öz dövründə müşayiətçilik sənətinin tanınmış simalarından biri idi.

        -XVIII əsrdə müasirlərindən biri Gerber yazır ki, Yakkini zəmanəsinin ən qabaqcıl violonçel ifaçılarından biri olub. 1689-cu ildə müqəddəs Petronio kapellasında violonçel ifaçısı vəzifəsi ilə Qabrielini əvəz etmiş və ömrünün sonuna qədər burada şərəflə çalışmışdır. Musiqiçi yüksək səviyyəli ustadlığı sahəsində 1688-ci ildə filarmonik akademiyaya üzv seçilir.

        -1701-ci ildə Boloniyada yazdığı üç hissəli quruluşa malik olan konsertləri nəinki bu alət üçün, eyni zamanda kamera konsertləri üçün yazılan ilk nümunələrdir.

        -Bundan əlavə bəstəkarın 1900-1906-cı illərdə yazdığı “skripka və violonçel üçün kamera sonataları” əsər 1, iki violonçel sonatası, solo violonçel üçün kamera sonataları 1695-ci ildə nəşr edilib. 1697-ci ildə skripka, solo violonçel və bas üçün kamera konsertlərini bəstələmişdir.

        -Yakkini və Qabrielinin violonçel sonataları bu janrda yazılan ilk nümunələr olub, yavaş hissələri çox ifadəli, tez hissələri isə rəqsvari xarakterdə tərənnüm edilmişdir.

        -Antonio Vivaldi (1675-1741) - görkəmli italyan bəstəkarı, üç yüzdən çox konsertin, onlarla sonataların, instrumental əsərlərin müəllifi olaraq səs çalarlarından və çevik yay texnikasından məharətlə istifadə edərək violonçel və bas üçün altı sonata yazmışdır. Bu sonatalar ifaçıdan zərif, duyğusal səslənmə və sürətli yay texnikasına malik olmağı tələb edir. Müəllifin bu əsərləri aktuallığını qoruyub saxlayaraq bədii dəyərinə görə konsert və tədris proqramına daxil edilmişdir.

        -Bəstəkarın konsertlərində solo və tutti hissələrinin bir-birindən dəqiqliklə ayrı verilməsi, ştrix texnikasının səviyyəsinin yüksəkliyi, xüsusilə də “motor” texnikası, bədii məzmun, dərin ifadəlik kantilena və ritm rəngarəngliyi Vivaldi yaradıcılığına xas olan xüsusiyyətlərin səciyyəsidir.

        -XVIII əsrin birinci yarısında başqa ölkələrdə də violonçel məktəbi yaransa da, İtalyan violonçel ifaçıları öz üstünlüklərini nəinki əldən vermir, hətta xaricdə şöhrət qazanaraq avropa ölkələrində bu incəsənətin inkişafına zəmin yaratmışdılar.

        -Yuxarıda qeyd olunanlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar:

        - XVII əsrdə violonçel incəsənətinin inkişafı sahəsində proqressivlik yaranaraq alətdə solo ifaçılıq və ədəbiyyat mühüm əhəmiyyət kəsb etmişdir.

        - XVII əsrdə İtaliyada erkən inkişaf etmiş violonçel ifaçılığının üslub xüsusiyyəti, alətin texniki, ifadəli əsaslarının dərk edilməsi, ansambl, orkestrdəki yeri və rolu məhz bu dövrə təsadüf edir.

        - Solo violonçel mədəniyyətinin inkişaf mərhələsi XVII əsrə təsadüf edir. Sıfralanmış basla müşayiət improvizə üslubu ilə bilvasitə bağlı olub, ifaçıdan sərbəst ifa etmək qabiliyyəti tələb edir və kiçik əhəmiyyətli solo epizodlarının çalınmasına zəmin yaradırdı. Orkestr və ansambl musiqisində violonçel partiyasının solo ifasında verilən epizodlarda artıq müxtəlif zəngin fiqurasiyalar, passajlar yaranmağa başlayır.

        - XVII əsr qamba mədəniyyətinin sıxışdırılıb rəqibi violonçelin daha çox vüsət aldığı proses məhz bu dövrü əhatə edir.

        - Bu dövrdə bəstəkar və ifaçı bir şəxsin simasında cəmlənirdi. Virtuoz ifaçı əsərini ifa edərək bədii zövqünü, texniki ustadlığını, kamilliyi, dərin məzmunu və düzgün, mükəmməl formanı nümayiş etdirirdi.

        - Dominiko Qabrielinin sonataları bu dövrdə sonata üslubunun formalaşmasına zəmin yaratmışdır. İlk dəfə olaraq kantilenadan, alətin tembri və registrlərindən səmərəli istifadə etməklə violonçelin qismən tərəqqisinə nail olmuşdur.

        - XVII əsrdə İtaliyada erkən inkişaf etmiş violonçel ifaçılığının üslub xüsusiyyətləri, əsərlərdə ifadəliyi, lirizmi, yüksək novatorluğun uzlaşması kimi cəhədlər Baloniya məktəbinin nailiyyətləri ilə bilavasitə bağlıdır.

        - Eyni zamanda ilkin violonçel konsertlər və sonatalar Boloniya musiqiçiləri tərəfindən yazılmış və ifa edilmişdir.

        - XVII əsrdə Baloniyada violonçelin solo alət kimi istifadə edilməsi uğurla davam edərək öz təzahürünü tapır. Bu dövrdə bir nəsil görkəmli italyan violonçel ifaçıları fəaliyyət göstərirdi ki, onlar parlaq italyan skripkaçıları ilə eyni səviyyədə çıxış edirdilər. Bu sənətin inkişafı alət üçün yazılan bədii və tədris not ədəbiyyatının inkişaf edərək zənginləşməsi ilə də bağlı idi.

        - Violonçel alətinə qarşı maraq oyanırdı. Hətta qeyri-ifaçı bəstəkarlar da artıq bu alət üçün əsərlərini repertuarlarına daxil edirdilər ki, bu da təbliğatçılıq və maarifçilik nöqteyi-nəzərindən çox zəruri idi.

        - XVII-XVIII əsrlərdə yaranan, bədii və pedaqoji mahiyyəti ilə böyük əhəmiyyət kəsb edən, eyni zamanda dəyərli klassik violonçel əsərlərini fundamental olaraq ilk mənbə kimi saxlanılması təkamül prosesinin inkişafı nəticəsində gələcəkdə kamil, peşəkar və mürəkkəb yol keçmiş violonçel incəsənətinin yaranmasına zəmin yaradır.

        - Bu dövrdə yazılan və vacib sayılan bir çox əsərlər yaddan çıxaraq unudulurdu. Onların peşəkar mütəxəssislər tərəfindən yenidən işlənilərək repertuara salınması təbliğatçı və maarifpərvərlik kimi qiymətləndirilmiş, hətta əsərin redaksiyaları, orijinal versiyası tarixi faktorlarla şərh edilərək gələcək nəslə çatdırılmışdır. Bununla da violonçel sənətinin əsası qoyulmuşdur.

        - XVIII əsrdə İtalyan violonçel ədəbiyyatının üslubu o zamanın musiqi mədəniyyətinin ümumu səviyyəsindən asılı idi. Polifonikliklə yanaşı, əsərlərdə homofonik-harmoniklik yaranır, eyni zamanda alətdə və musiqidə yeni üslub əmələ gəlirdi.

        - Melodik dilin ahəngdarlığı, mülayimliyi, dərin əhəmiyyətli emosional-ifadəli məzmun əsərlərin əsas mahiyyətini kəsb edirdi.

        - XVIII əsr İtalyan violonçel incəsənətinin kulminasiya nöqtəsini Bokkerininin ifaçılıq və bəstəkarlıq yaradıcılığı təşkil edir ki, bu da məzmun və forma baxımından klassik üslubun yaranmasına gətirib çıxarır.

        Ədəbiyyat:

1. Abbaszadə N. Violonçel incəsənəti tarixi (XVII-XIX) Bakı 2003.

2. Pretorius M. “Syntagma musicum”, B d II, 1619.

3. Гинзбург Л.С. История смычкового исполнительского искусства Москва 1980.

4. Раабен Л. Жизнь замечательных скрипачей и виолончелистов. Ленинград “Музыка” 1969.

5. Гинзбург Л.С. История смычкового исполнительского искусства. Программа-конспект. Москва 1980.

6. Гинзбург Л.С. История виолончельного исполнительского искусства Москва 1950.

7. Russo J.J. Dictionnaire de Musique, 1768.

8. Бюкен Э. Музыка эпохи рококо и классицизма М., 1934.

9. Bachi, J. Beruhmte Cellisten. 1981.

10. Becker & Rynar. Mechanik und Asthetik des Violoncellspiels. 1929.

11. Broadley, A. The Violoncello. Its History & Adjustment. London, 1921.

12. Campbell, M. The Great Cellists. London, 1986.

13. Cowling, E. The Cello. Scribner's, 1975.

14. Earnshaw, A. Elements of Cello Technique. 1919.

15. Eisenberg, M. Cello Playing of Today. 1979.

16. Forino, L. Il Violoncellists ed Violoncelliste. 1905.

17. Fuchs, C. Recollections of Carl Fuchs, Cellist. Manchester, 1937.

18. Ginsburg, L. History of the Violoncello. Paganiniana, 1983.

19. Gunn, J. Theory and Practice of Fingering the Cello. 1789.

20. Hampton, Colin. A Cellist's Life. 2000

21. Harrison, B. The Cello and the Nightingales. London, 1985.

22. Heumann, H. Das Violoncello-Spiel. Leipzig, 1920.

23. Horsfall, Jean. Teaching the Cello to Groups. Oxford University Press, 1974.

24. Hughes, Angela. Pierre Fournier: Cellist in a Landscape With Figures. 1998.

25. Kenneson, C. A Cellists Guide to New Approach. Canada, 1974.

26. Krall, E. The Art of Tone-Production on the Cello. London, 1913.

27. Lebell, L. The Violoncello. London, c. 1930.

28. Liegeois, C. Le Violoncelle. Paris, 1913.

29. Luckman, P. Handbook for Cello Student. 1998.

30. Mantel, G. Cello Technique. I.U. Press, 1975.

31. Markevitch, D. Cello Story. New Jersey, 1984.

32. Markevitch, D. The Solo Cello. Fallen Leaf Press, 1989.

33. McDonald, William. History of my Vuillaume Cello. Houston, 1937.

34. Merseburger, Max. Das Violoncello und seine Literatur. Leipzig, 1920.

35. Pleeth, W. Cello. Schirmer, 1982.

36. Potter, L. The Art of Cello Playing. 1973.

37. Sazer, V. New Directions in Cello Playing. ofnote, 1995.

38. Schroeder, C. Handbook of Cello Playing. Augener, 1893.

39. Stanfield, M. Intermediate Cellist. London, 1973.

40. Stowell, Robin (Editor) Cambridge Companion to the Cello., 1999.

41. Valdrighi, L. Il Viloncellista Tonelli. Italy, 1880.

42. van der Straeten, E. History of the Violoncello. London, 1914 & 1971.

43. van der Straeten, E. Technics of Cello Playing. London, 1898.

44. Vidoudez, A. and P. Un Violoncelle de Stradivarius. Geneva, 1940.

45. Wake, H.S. Strad Model Cello Plans. San Diego, 1976.

46. Walden, V. One Hundred Years of Violoncello: A History of Technique and Performance Practice, 1740-1840.

47. Wasielewski, W. The Violoncello and its History. Novelo, 1894.

48. Webber, J. L. Travels with my Cello. London, 1984.

49. Weigl, B. Handbuch of Cello Literature. 1911.

50. Wilkins, W. Index of Cello Music. Arkansas, 1979.

51. Wurlitzer Co. Rare Cellos by Master Makers. New York, 1940.


Страницы : 1   :: 2

     ©Copyright by MusigiDunyasi
 

 

English Начало Написать письмо Начальная страница журнала Начало страницы